• çərşənbə axşamı, 19 mart, 09:18
  • Baku Bakı 8°C

AzTU Rusiyanın 4 universiteti ilə yeni əməkdaşlığa başladı

23.05.17 16:15 1076
AzTU Rusiyanın 4 universiteti ilə yeni əməkdaşlığa başladı
Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) üçün yeni əməkdaşlıq imkanları yaranıb.
Forumda AzTU Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov Rusiya universitetlərinin təmsilçiləri ilə faydalı görüşlər keçirib və 4 ali təhsil müəssisəsiilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq müqaviləsi imzalanan universitetlər - Orlov Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Samara Dövlət Texniki Universiteti, Voronej Dövlət Texniki Universitetinin təmsailçiləri AzTU-ya böyük maraq göstərdiklərini bildiriblər.
Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumuna qatılan nümayəndə heyyəti Başqırdıstan Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüş də keçirilib. Nümayəndə heyyəti ilə görüşdə tələbələrlə ətraflı söhbət aparılıb, onların problemləri, qayğıları öyrənilib.
banner

Oxşar Xəbərlər