• çərşənbə axşamı, 19 mart, 15:07
  • Baku Bakı 8°C

AzTU-nun tələbələri yüksək gərginlikli elektrik avadanlıqlarının diaqnostikasını aparıb

23.10.17 17:39 2910
AzTU-nun tələbələri yüksək gərginlikli elektrik avadanlıqlarının diaqnostikasını aparıb
Azərbaycan Texniki Universitetində (AzTU) "Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə nəzəri biliklərlə yanaşı praktiki məşğələlər də yüksək səviyyədə tədris olunur.
Universitetin "Elektromexanika və Elektrik avadanlığı” kafedrasında tədris olunan "Elektrik avadanlıqlarının diaqnostikası” və "Kabel texnikası” fənləri üzrə dərslərin tədrisi zamanı yeni tədris texnologiyalarından, xüsusi ilə dual tədris texnologiyalarından istifadə olunur. Ən son texnologiyalardan hesab edilən dual tədris texnologiyası ilə dərslərin aparılması nəzəri biliklərin möhkəmlənməsi ilə paralel praktik vərdişlərin mənimsənilməsinə istiqamətlənib. Bu məqsədlə "Elektromexanika və Elektrik avadanlığı” kafedrası həmin dərsləri "Azərişıq” ASC–nin müasir sınaq və diaqnostika avadanlıqları ilə təchiz olunmuş Mobil Elektrotexniki laboratoriyasında tədris edir.
Növbəti tədris prosesi zamanı laboratoriyadan istifadə edilərək AzTU-nun 6 kV-lıq Transformator Məntəqəsində, yüksək gərginlikli elektrik avadanlıqlarının və kabel xətlərinin diaqnostikası aparılıb.
Qeyd edək ki, Elektrik mühəndisliyi sahəsində tədrisin yüksək səviyyədə təşkili üçün AzTU ilə "Azərişıq” ASC arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, universitetin Elektronika və energetika fakültəsində Elektrik mühəndisliyi üzrə təhsil alan tələbələr ixtisas fənnlərinin praktiki dərslərini "Azərişıq” ASC-nin Tədris Mərkəzində və yüksək gərginlikli yarımstansiyalarında keçirlər. Həmin dərslərdə "Azərişıq” ASC-nin təcrübəli mühəndislərinin də iştirakı tələbələrin praktiki bilikləri dərindən mənimsəməsinə təkan verir və Elektrik mühəndisliyi ixtisasını bitirən tələbələrin gələcəkdə işlə təmin olunmasına birbaşa şərait yaradır.
banner

Oxşar Xəbərlər