• cümə axşamı, 28 mart, 22:02
  • Baku Bakı 13°C

AzTU-nun SABAH qruplarının tələbəsi “Azercell”-in Təqaüd Proqramının qalibi olub

11.01.17 17:07 1152
AzTU-nun SABAH qruplarının tələbəsi “Azercell”-in Təqaüd Proqramının qalibi olub
"Azersell”in 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrini müəyyən edib. Nəticələrə görə Azərbaycan universitetlərində təhsil alan 27 tələbə "Azersell”in təqaüdçüsü adına layiq görülüb.
Təqaüd Proqramını qazananlardan biri də AzTU-nun SABAH qruplarının IV kurs tələbəsi Şahin Xəlilovdur. Şahin Xəlilov həm də 2016-cı ilin fevralında Azərcell-in Təcrübə Proqramını qazanıb və şirkətdə hal-hazırda təcrübə keçir.
Proqramda qalib gələn tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr, 2016)tələbələrin onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr, 2016)onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni zamanda tələbələr Azercell-in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.
banner

Oxşar Xəbərlər