AzTU ilə Almaniyanın Xemnitz Texniki Universiteti arasında əlaqələr genişləndirilir
Azərbaycan Texniki
Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin Almaniyanın müxtəlif Texniki
Universitetləri ilə əməkdaşlığı uğurla davam etdirilir.
Maşınqayırma fakültəsinin dekanı, dos. Ə.S.Məmmədov
bu günlərdə "Xemnitz şəhərində
Metalkəsən dəzgahların universitet tədqiqi və tədrisinin 60 illiyi”
ixtisas-konfransında iştirak etmək üçün Almaniyanın Xemnitz Texniki
Universitetinin Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunda
olub.
Səfər zamanı
AzTU ilə Xemnitz TU arasında əməkdaşlığın inkişaf perspektivləri və iş planı da
müzakirə edilib.
Professor-müəllim,
əməkdaş və tələbələrin mübadiləsi, AzTU və Xemnitz TU-nin iştirakı ilə elmi-texniki konfransların,
elmi, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin
vacibliyi vurğulanıb.
Əldə olunan
razılaşmaya əsasən, Xemnitz TU-nin Metalkəsən dəzgahlar və istehsal prosesləri
İnstitutunun idarəedici direktoru, prof. Andreas Hirş bu tədris ilində 1 həftə
müddətində AzTU-da olacaq və fakültənin tədrisin bakalavriat və magistratura
səviyyələrində təhsil alan tələbələr, doktorantlar və əməkdaşlar üçün müasir
metalkəsən dəzgahlar, istehsal prosesləri, virtual və innovativ texnologiyalar sahəsində
mühazirələr oxuyacaqdır.