• cümə, 29 Mart, 09:03
  • Baku Bakı 5°C

AzTU-da Yazılı imtahanlarda tam yeni qaydalar tətbiq olunur

14.06.17 16:05 2868
AzTU-da Yazılı imtahanlarda tam yeni qaydalar tətbiq olunur
Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq yaz imtahan sessiyasının gedişini izləmək üçün Universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.
Qanaqlar auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.
AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu il yaz imtahan sessiyasında təxminən doqquz minə yaxın tələbə iştirak edir. Bu sessiyada təxminən üç minə yaxın tələbə yazılı imtahan verir. Bunlara bütün I kurs və Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və eləcə də magistrantlar daxildir. Bakalavriat səviyyəsinin II, III və IVkurslarında təhsil alan tələbələr isə test üsulu ilə imtahan verirlər.
Yazılı imtahanların verilməsi üçün AzTU-da tam yeni texnologiya tətbiq olunub. Belə ki, tətbiq olunan proqram vasitəsi ilə tələbə sistemə lazımi məlumatları daxil edərək suallarını əldə edir və imtahan verir.
Tələbələr test üsulunda olduğu kimi yazılı imtahanı da universitetin kompyuterlərlə təmin olunmuş imtahan mərkəzində verirlər. Bunu da imtahanların gedişində şəffaflığın təmin olunması üçün zəruri amil hesab etmək olar.
İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları-kollokviumlar da keçirilib. İmtahanların gedişinə nəzarət etmək məqsədilə universitetdə qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.
İlham Pirməmmədov qeyd edib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompyuterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir.
Mediatur çərçivəsində universitetin Xüsusi texnika və texnologiya fakültəsinə də baxış keçirilib. Qonaqlar fakültənin madii-texniki bazası, tədris metodikası, həmçinin tətbiq olunan yeniliklər haqqında məlumat əldə ediblər.
Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.
banner

Oxşar Xəbərlər