• çərşənbə, 24 Aprel, 17:53
  • Baku Bakı 27°C

AzTU-da ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib

11.12.17 15:28 2449
AzTU-da ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetdəki büstü önünə gül dəstələri düzüb, ümumilli liderin xatirəsinə etiramlarını bildiriblər.
Daha sonra AzTU-dakı Heydər Əliyev Mərkəzinə baxış keçirilib. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto stendlərlə tanışlıq olub. Universitetin rektor əvəzi Xalıq Yahudov ümumilli lider Heydər Əliyevin AzTU-ya səfərini əks etdirən foto stenddə baxış zamanı universitet əməkdaşlarının tarixi şəxsiyyətlə görüşünü yadda salıb.
Dəyirmi masa ətrafında davam etdirilən anım tədbirində çıxış edən Xalıq Yahudov ümumilli liderin Azərbaycan dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub. X.Yahudov Ulu Öndərin Azərbaycan dili ilə bağlı həsaslığına diqqət çəkərək qeyd edib ki, SSRİ dövründə Azərbaycanda siyasi elita Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər ana dilində danışmağı özlərinə ar hesab edirdilər. Lakin Ulu Öndərin siyasi toplantılarda, respublika və ittifaq səviyyəli tədbirlərdə ana dilində çıxışı hər kəsi dilmizə hörmətlə yanaşmağa vadar etdi, Azərbaycan dilinin öyrənilməsinə, genişlənməsinə şərait yaratdı.
Tanınmış publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, diplomat Xeyrəddin Qoca isə çıxışında Ulu Öndərin müstəqilliyimizin ilk illərində dövlətçilik üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. X. Qoca qeyd edib ki, ümumilli lider Heydər Əliyev bütün sahələrin inkişafı üçün çox böyük xidmətlər göstərib. Onun gərgin fəaliyyətinin bir çox sferada göründüyünü deyən X.Qoca bildirib ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar, nailiyyətlər qazanır.
AzTU-nun "Azərbaycan dili və pedoqojikası” kafedrasının müdiri Həbib Mirzəyev və universitetin YAP Gənclər təşkilatının əlaqələndiricisi Əsmər Nəbiyeva da Ulu Öndərlə bağlı təsüratlarını bölüşüblər, ümumilli liderin gənc nəslin inkişafı üçün qoyduğu mirasdan danışıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümaiş etdirilib.
banner

Oxşar Xəbərlər