• şənbə, 20 Aprel, 06:27
  • Baku Bakı 14°C

AzTU-da BP-nin Yay Təcrübə Proqramının təqdimatı keçirilib

12.12.17 18:25 2816
AzTU-da BP-nin Yay Təcrübə Proqramının təqdimatı keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) BP şirkətinin işə qəbul üzrə məsləhətçisi Mehriban Şeyxzamanova III-IV kurs tələbələrinə BP-nin Yay Təcrübə Proqramının təqdimatını keçirib.
Tədbirdə universitetin Karyera Mərkəzinin rəhbəri Fuad Məmmədov Yay Təcrübə Proqramının əhəmiyyətini qeyd edərək tələbələrə proqramda iştirak etməyi tövsiyə edib.
BP-nin nümayəndəsi çıxışında Yay Təcrübə Proqramı haqqında ətraflı məlumat verərək bildirib kiproqramın müddəti 10 həftədir. Qeyd olunub ki, tələbələr təcrübə müddətində davamlı əməkhaqqı almaqla yanaşı ən müasir avadanlıq və texnologiyalardan istifadə etmək, yüksəkixtisaslı, təcrübəli əməkdaşlarla çalışaraq layihələrdə, əməliyyatlarda iştirak imkanı qazanacaqlar. Vurğulanıb ki, proqram həmçinin, tələbələrin karyera təşəbbüslərinin üzə çıxarılması üçün də əlverişli bir vasitədir.
Sonda M.Şeyxzamanova tələbələrin Yay Təcrübə Proqramı ilə əlaqəli suallarını cavablandırıb.
banner

Oxşar Xəbərlər