• cümə axşamı, 18 aprel, 23:10
  • Baku Bakı 21°C

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 11% artıb

28.12.19 12:22 524
Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 11% artıb
Bu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532,3 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11% artıb.
"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9mln. ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19%artmışdır. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ(5,3%) qərarlaşıb.
"Bu ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, toyuq yumurtası, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti, materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızıl gül, kosmetik vasitə və s. mallara daxil olub”, - deyə R.Hüseyn əlavə edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 noyabr tarixinə kimi (35 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 521,4 mln. ABŞ dolları təşkil edib.
R.Hüseynin sözlərinə görə, bu ilin dekabr ayında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,6 mln. ABŞ dolları olub. 2019-cu ilin yanvar-dekabr ayları ərzində"Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 140 mln. ABŞ dollarından artıqdəyərində qeyri-neft ixracı həyata keçirilib.
banner

Oxşar Xəbərlər