• cümə axşamı, 25 aprel, 02:24
  • Baku Bakı 19°C

AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

30.11.20 19:44 730
AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi "AzerTelecom” şirkətinin icra etdiyi Xəzər dənizinin dibi ilə Azərbaycanla Türkmənistan arasında fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) çəkilməsi layihəsi "Türkmentel 2020” - Türkmənistan Telekommunikasiya və İT Konfransında müzakirə edilib.

"AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell” şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda "AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını icra edir.
banner

Oxşar Xəbərlər