• çərşənbə axşamı, 16 aprel, 12:55
  • Baku Bakı 19°C

“Azərreyl” qələbə qazandı

31.10.13 18:28 1262
“Azərreyl” qələbə qazandı
Bu gün “Azərreyl” CEV kubokunun 1/16 final mərhələsində cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Serbiyada uduzduğu “Partizan”ı qəbul edib.
Gözlənildiyi kimi, cütün favoriti hesab olunan Aleksandr Çervyakovun yetirmələri serblərə qalib gəlib – 3:1. Bununla da “Azərreyl” Belqradda uduzduğu 2:3 hesablı oyununun revanşını çıxaraq adını turnirin 1/8 final mərhələsinə yazdırıb.
“Azərreyl” (Azərbaycan) – “Partizan” (Serbiya) - 3:1 (25:9; 21:25; 25:17; 25:19)
Hakimlər: Stoyan Barev (Bolqarıstan), Yasek Hoyka (Polşa)
Bakı, Voleybol Mərkəzi
İlk oyun: “Partizan” – “Azərreyl” - 3:2 (25:20, 25:15, 18:25, 22:25, 16:14)
banner

Oxşar Xəbərlər