• cümə axşamı, 18 aprel, 21:39
  • Baku Bakı 21°C

«Azərkosmos» üçün universal stansiya tikilir

07.08.13 08:35 1510
«Azərkosmos» üçün universal stansiya tikilir
«Azərkosmos» ASC üçün universal stansiyanın tikintisinə bu ilin sonunadək başlanması nəzərdə tutulur.
«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyalarına istinadən verdiyi məlumata görə, universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.
Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsi gələcəkdə bir sıra mühüm məqsədlərə nail olunmasına imkan yaradacaq. Bu məqsədlərə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.
Bununla yanaşı, «Azərkosmos» ASC yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə aparılmış danışıqların nəticəsi olaraq razılaşdırılmış distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarının optik və radar peyk təsvirləri ilə təchiz edilməsinə başlayıb. Paralel olaraq yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə planlaşdırılır.
«Bu istiqamətdə istehsalçı şirkətlərlə danışıqlar aparılır. «Azərkosmos» ASC-də «ISO 9001:2008» auditi keçirilərək «Bureau Veritas»ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatının əldə olunması təmin olunub. Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər artıq tərtib edilib», - deyə nazirliyin məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər