• şənbə, 20 Aprel, 01:44
  • Baku Bakı 15°C

“Azərkosmos” cari ildə 26 ölkəyə 40,6 milyon dollarlıq xidmət ixrac edib

28.12.19 17:30 749
“Azərkosmos” cari ildə 26 ölkəyə 40,6 milyon dollarlıq xidmət ixrac edib
Yanvar-noyabr aylarında "Azərkosmos” ASC tərəfindən 26 ölkəyə 40,6 milyon ABŞ dollarlıq xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTACİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın dekabr sayına istinadla xəbər verir ki, ASC-nin xidmət ixracından qazandığı gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Noyabrda isə "Azərkosmos” ASC 19 ölkəyə 3,1 milyon ABŞ dollarlıq xidmət ixrac edib.
"Azərkosmos” ASC-nin 11 ayda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləridir.
banner

Oxşar Xəbərlər