AZE | RUS | ENG |

“Azərkosmos” ASC bu il 21,2 milyon dollar gəlir əldə edib

“Azərkosmos” ASC bu il 21,2 milyon dollar gəlir əldə edib
"Azərkosmos” ASC 2019-cu ilin birinci yarımili üzrə dünyanın 20 ölkəsinə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
ASC-dən Trend-ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 47% çoxdur. 2019-cu ilin sonuna gəlirlərin 45 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.
Gəlirin 90%-i peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və BƏƏ-dir. Ümumilikdə, birinci yarımil ərzində əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan çox auditoriyası var.
"Azerspace-2” peykinin bu ilin fevral ayında baş tutan uğurlu biznes startı ilə "Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Yeni peyk "Azərkosmos”a ABŞ, BƏƏ və Tanzaniyadan olan yeni müştərilərə xidmət göstərmək imkanı yaradıb.
Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları "Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967