• cümə axşamı, 28 mart, 21:52
  • Baku Bakı 13°C

“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır

25.03.20 16:07 1634
“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır
Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların "Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.
Bu barədə ASC-dən Trend-ə verilən məlumatda bildirilir.
Qeyd edilir ki, "Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.
banner

Oxşar Xəbərlər