• cümə axşamı, 28 mart, 20:21
  • Baku Bakı 13°C

“Azəriqaz”ı və “Aztelekom”u yoxlayacaqlar

02.04.14 12:48 1405
“Azəriqaz”ı və “Aztelekom”u yoxlayacaqlar
APA-nın verdiyi məlumata görə, Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat” geniş müzakirə olunaraq təsdiq edilib və sənədin Milli Məclisin müzakirəsinə təqdim olunması qərara alınıb.
İclasda dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərdən və büdcədənkənar daxilolmalardan, dövlət büdcəsinin yerli xərclərindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan dövlət proqramları üzrə “Azəriqaz” İstehsalat Birliyinə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair, həmçinin “Aztelekom” ASC tərəfindən dövlət büdcəsinin gəlirlərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən saxlanma ilə bağlı xərclərinin icrası ilə bağlı Audit proqramları da təsdiqlənib.
Kollegiya dövlət büdcəsinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramının təsdiq edilməsi barədə də qərar qəbul edib.
banner

Oxşar Xəbərlər