AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azeri Light” neftinin qiyməti 44 dollara yaxınlaşır

“Azeri Light” neftinin qiyməti 44 dollara yaxınlaşır

İqtisadiyyat
20 İyun 2020, 14:22 223
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,08 dollar artaraq 43,94 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.