• şənbə, 20 Aprel, 11:05
  • Baku Bakı 14°C

“AzerGold” QSC-nin əməkdaşları talassemiya xəstələri üçün qan veriblər

25.05.17 19:20 1503
“AzerGold” QSC-nin əməkdaşları talassemiya xəstələri üçün qan veriblər
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün qan veriblər. Şirkətin baş ofisində "Talassemiyasız həyat naminə” proqramına dəstək üçün aksiya keçirilib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başlatdığı "Talassemiyasız həyat naminə” layihəsinin 2017-ci ildə 10 ili tamam olur. On ildir ki, həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə şəxs qan verərək irsi keçən qan azlığından əziyyət çəkənlərə kömək olur, onların ömrünü uzadır. Azərbaycan Talassemiya Federasiyasının təbliğ etdiyi korporativ donorluq ideyalarına hər il onlarla qurum, şirkət, təşkilat və s. qoşularaq kütləvi aksiyalar təşkil edir.

"AzerGold” QSC də korporativ donorluq təşəbbüsü irəli sürərək "Talassemiyasız həyat naminə” proqramına qoşulub. Cəmiyyətin könüllüləri şirkətin inzibati binasında qan verərək qan xəstəliklərindən əziyyət çəkən isnanlar üçün tədarük olunan qan ehtiyatının artırılmasına dəstək olublar.

"AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

banner

Oxşar Xəbərlər