• şənbə, 20 Aprel, 02:14
  • Baku Bakı 15°C

İşləyən qadınlar arasında 31-40 yaşlarında olanlar üstünlük təşkil edir

07.03.21 14:30 744
İşləyən qadınlar arasında 31-40 yaşlarında olanlar üstünlük təşkil edir
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.
NazirlikdənKaspi.az-a verilən məlumata görə, altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.
"Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında, 24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır.
banner

Oxşar Xəbərlər