• cümə axşamı, 18 aprel, 16:12
  • Baku Bakı 22°C

Azərbaycanlı tenor Çexiya Milli Teatrında çıxış edəcək

13.01.17 12:45 1346
Azərbaycanlı tenor Çexiya Milli Teatrında çıxış edəcək
Yanvarın 30-da Praqadakı Çexiya Milli Teatrında Umberto Cordanonun "Andre Şenye” operası nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Andre Şenye obrazını azərbaycanlı tenor Yusif Eyvazov ifa edəcək. Teatrın səhnəsində, həmçinin fevralın 6-da və 8-də nümayiş etdiriləcək bu operada Yusif Eyvazov baş qəhrəmanın obrazını yaradacaq.
Çexiya Milli Teatrında nümayiş etdiriləcək "Andre Şenye” operası haqqında ətraflı məlumatı http://www.narodni-divadlo.cz/en/show/9388?t=2017-01-30-19-00 linkindən öyrənmək olar.
Qeyd edək ki, Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavarotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərində iştirak edib.
Y.Eyvazov Cüzeppe Verdinin "Traviata”, "Bal-maskarad”, "Nabukko”, "Riqoletto”, Cakomo Puççininin "Bohema”, "Toska”, Jorj Bizenin "Karmen”, Qaetano Donisettinin "Lüçiya di Lammermur” operalarında yaddaqalan obrazlar yaradıb, C.Verdinin "Rekviyem” əsərində tenor partiyasını ifa edib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Onun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
banner

Oxşar Xəbərlər