• cümə, 29 Mart, 05:30
  • Baku Bakı 7°C

Azərbaycanlı tələbələr Gürcüstanın dövlət və hökumət strukturlarında təcrübə keçəcəklər

23.03.17 16:25 741
Azərbaycanlı tələbələr Gürcüstanın dövlət və hökumət strukturlarında təcrübə keçəcəklər
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi bu ölkədə yaşayan milli azlıqların dövlət, hökumət, bələdiyyə və yerli icra strukturlarında işlə təmin olunmasına, gənclərin gürcü ictimaiyyətinə inteqrasiyasına kömək məqsədilə yeni 1+4 proqramına start verib. AZƏRTAC-ın məlumatına görə, martın 23- də Tbilisidə proqram çərçivəsində hazırlanmış yeni pilot layihənin təqdimatı olub.
Barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib ki, layihədə dövlətin milli azlıqların işlə təmin olunmasına, Avropaya inteqrasiyasına dəstəyinin əsasları nəzərdə tutulub. Layihə çərçivəsində milli azlıqların, eləcə də azərbaycanlı tələbələrin dövlət, hökumət, bələdiyyə və yerli icra strukturlarında 3 ay müddətində təcrübə keçmələri nəzərdə tutulub. Layihədə iştirak etmək istəyən tələbələr dövlət dilini bilməli, oxuduqları universitetlərdə bilik və bacarıqları ilə seçilməlidirlər. Ali məktəblərdə 3-cü kursdan yuxarı kurslarda təhsil alan, eləcə də artıq ali məktəbləri bitirmiş və magistraturada təhsil alan şəxslər layihədə iştirak edə bilərlər.
Staj keçərkən fərqlənən tələbələrin sonradan həmin idarə və təşkilatlarda işlə təmin olunması da nəzərdə tutulub. Təqdimat mərasimində Gürcüstanın dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Layihədə 50 nəfərədək azərbaycanlı iştirak edəcək.
banner

Oxşar Xəbərlər