• cümə axşamı, 28 mart, 15:52
  • Baku Bakı 16°C

Azərbaycanlı solist Rusiya Milli Xalq Çalğı Alətləri Akademik Orkestri ilə çıxış edəcək

02.04.17 09:45 1082
Azərbaycanlı solist Rusiya Milli Xalq Çalğı Alətləri Akademik Orkestri ilə çıxış edəcək
Aprelin 6-da Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında Nikolay Osipov adına Rusiya Milli Xalq Çalğı Alətləri Akademik Orkestri "Dünya turnesi. Dünya xalqlarının musiqisi, mahnı və rəqsləri” adlı konsert proqramı təqdim edəcək. Konsertdə həmvətənimiz Emil Qədirov da çıxış edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat Moskva Filarmoniyasının və Emil Qədirovun rəsmi saytlarında yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın "Qolos” layihəsinin iştirakçısı olub. Hazırda "Qradskiy Holl” teatrının solistidir. Konsert repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
banner

Oxşar Xəbərlər