• şənbə, 20 Aprel, 14:40
  • Baku Bakı 23°C

Azərbaycanlı sahibkarları İrana dəvət etdilər

26.08.13 09:29 1526
Azərbaycanlı sahibkarları İrana dəvət etdilər
Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda sahibkarlarla iş birliyi yaratmaq məqsədi ilə ölkəmizə səfər edən İran nümayəndə heyətinin əsas məqsədi iki ölkənin iş adamlarının işgüzar əlaqələrini daha da inkişaf etdirmək olub.
Görüşdə ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının əsasını iri sənaye müəssisələri təşkil edəcək. Son illər ölkəmizə investisiya yatıran xarici şirkətlərin sayının sürətlə artdığını deyən M.Musayev gələcəkdə İran şirkətlərinin fəaliyyətinin canlanmasını məqsədə uyğun hesab edib.
Azərbaycanla İran arasında iqtisadi əlaqələrə toxunan ASK prezidenti iranlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib. Bildirib ki, ASK ölkəmizdə fəaliyyət göstərmək istəyən iranlı iş adamlarına hər zaman lazımi köməklik göstərməyə hazırdır.
Ərdəbil Ticarət Palatasının sədri H.Pirmüəzzin ASK-nın rəhbərliyini sahibkarlarla birgə Ərdəbilə işgüzar səfərə, palatanın işi ilə yaxından tanış olmağa dəvət edib. İranın Azərbaycanda ticarət mərkəzi açmaq niyyətində olduğunu, artıq bu məsələ ilə bağlı təklifin irəli sürüldüyünü deyən qonaq qeyd edib ki, xarici ölkələrin bu təcrübəsini Azərbaycanda da tətbiq etmək istəyirlər. H.Pirmüəzzin bəyan edib ki, İran tərəfi iqtisadi əlaqələri bundan sonra daha da canlandırmağa cəhd edəcək.
Görüşün sonunda İran nümayəndə heyətinin Azərbaycandakı sərmayə mühiti, idxal və ixrac proseduraları, yerli tərəfdaşların tapılması və ölkə iqtisadiyyatının cəlbedici sahələri və qonşu ölkələrlə ticarət münasibətləri kimi aktual məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb.
banner

Oxşar Xəbərlər