• cümə axşamı, 28 mart, 17:28
  • Baku Bakı 16°C

Azərbaycanlı rejissor nüfuzlu kinofestivalın mükafatına layiq görülüb

28.08.17 17:42 1681
Azərbaycanlı rejissor nüfuzlu kinofestivalın mükafatına layiq görülüb
Rejissor Rodion İsmailovun "Plaskart" sənədli filmi Avstriyada keçirilən "DER NEUE HEIMATFILM" ("Vətən haqqında yeni film") kinofestivalında "Ən yaxşı sənədli film" nominasiyası üzrə qalib adını qazanıb.
Bu barədə "Report"un Rusiya bürosu məlumat verib.
Avqust 23-27-də Avstriyanın Frayştadt şəhərində keçirilən kinofestivalda ənənəvi olaraq bədii və sənədli filmlər nümayiş etdirilir. Bu il ən yaxşı sənədli film kimi Azərbaycan əsilli rusiyalı rejissor Rodion İsmailovun "Plaskart" filmi qalib olub.
R.İsmailovun sözlərinə görə, film tam şəkildə Moskva-Vladivostok qatarında çəkilib və Rusiya vətəndaşlarının çoxmillətliliyini və müxtəlifliyini göstərir.
"Bu, filmimizin aldğı ilk böyük mükafatdır. Yaradıcılığın Avropada və ya dünyanın digər yerlərində qiymətləndirilməsi çox gözəldir", - rejissor deyib.
Qeyd edək ki, film Avstriyadakı festival ilə paralel olaraq Serbiya və Hollandiyada da festivallarda nümayiş etdirilib. Bu film yaxın gələcəkdə "Yaşayacağıq", "Flaertiana" (Rusiya), Beynəlxalq Etnoqrafiya Film Festivalı (Tayvan), "Jan Ruş" Beynəlxalq Film Festivalı (Fransa) kimi festivalların müsabiqə proqramına daxil ediləcək.
banner

Oxşar Xəbərlər