• cümə, 19 Aprel, 07:58
  • Baku Bakı 13°C

Azərbaycanlı radioloq COVİD-19-la bağlı elmi nəticələri açıqladı

22.04.20 15:58 547
Azərbaycanlı radioloq COVİD-19-la bağlı elmi nəticələri açıqladı
ATU-nun kafedra müdirinin təqdimatına Azərbaycan təcrübəsi daxil edilib

İndi mediada, sosial şəbəkələrdə, həm də elmi araşdırmalarda COVİD-19 pnevmoniyasının epidemiologiyası, kliniki simptomatikası, profilaktikası və digər aspektləri haqqında vaxtaşırı maarifləndirici məlumatlar verilir. Bəs COVİD-19 xəstəliyinin dəyərləndirilməsində radioloqlar hansı məqamlara diqqət yetirməlidirlər? Bununla bağlı Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası kafedrasının müdiri Məlahət Sultanova "COVID-19 Pnevmoniyası: Radioloji Aspektləri” mövzusunda ətraflı elmi tədqiqatının nəticələrini açıqlayıb.
M.Sultanova qeyd edir ki, ümumbəşəri problem COVID-19 infeksiyasının diaqnostikası ilə bağlı radioloqlar və klinistlər üçün indiyədək önəmli olan araşdırmaların nəticələri açıqlanıb:
"Hər bir sahədə olduğu kimi bu xəstəlikdə də radioloqlar COVİD 19 ailəsinin ayılmaz üzvüdürlər. Xəstəiliyin kliniki təqibi ilə yanaşı, radioloji dinamikası proqnostik cəhətdən mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl dünya bununla bağlı dünyada mövcud elmi araşdırmaların nəticələrini həmkarlarıma təqdim etmişdim. Bu gün isə COVİD-19 diaqnostikasında əsas kriteriyalar, onların görüntüsünü açıqlamışam. Araşdırmanın özəlliyi ondadır ki, burada Azərbaycan olan təcrübə əlavə olunub, tədqiqatda öz müşahidələrimizi bölüşmüşük, öz xəstələrimizlə bağlı nəticələri göstərmişik”.
M.Sultanova bildirir ki, bu təqdimatda dünya üzrə aparılan araşdırmaların nəticələri ilə yanaşı, azərbaycanlı həkimlərin əldə etdiyi nəticələrin yer alması çox önəmlidir: "Biz xəstələri yalnız müşahidə və müalicə etməklə kifayətlənmirik. Həm də xəstəliyin diaqnostikası və müalicəsinin elmi nəticələrini açıqlayır, məsələyə akademik baxımdan yanaşırıq”.
Qeyd edək ki, ATU əməkdaşı M.Sultanova Azərbaycanda bu sahədə əldə olunan təcrübənin nəticələri ilə bağlı bəzi elmi məqalələri xarici jurnallara da təqdim edib.
"COVID-19 Pnevmoniyası: Radioloji Aspektləri” mövzusunda ətraflı elmi tədqiqatının nəticələri ilə https://youtu.be/5eoYOZd1uzQ linkindən tanış olmaq mümkündür.
banner

Oxşar Xəbərlər