• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

Azərbaycanlı jurnalist İtaliya mediasında “Bakı 2015”dən yazdı

09.06.15 15:22 827
Azərbaycanlı jurnalist İtaliya mediasında “Bakı 2015”dən yazdı
Diaspor Jurnalistləri Birliyinin İlk Avropa Oyunları ilə bağlı növbəti yazısı İtaliya mediasında dərc olunub. DJB-nin İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu və İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dündar Kesaplının həmmüəllifliyi ilə “Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır” başlıqlı yazı ingilsdilli “italianinsider.it” saytında yerləşdirlib.
Yazıda ilk Avropa Oyunlarının hər dörd ildən bir keçiriləcəyi qeyd olunur və bu Oyunların birinci dəfə Azərbaycanın qəbul etmək şərəfinə nail olduğu vurğulanır.
Məqalədə Azərbaycanda İlk Avropa Oyunları ilə bağlı aparılan hazırlıq işlərindən danışılır. Bildirilir ki, Azərbaycan “Bakı-2015” yarışlarında 6 min idmançını salamlamağa hazırdır. Yazıda İlk Avropa Oyunlarında iştirak edəcək atletlərin 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansının olduğu bildirilir. Yazıda “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin İdman şöbəsinin müdiri Pierce O`Callaghanın fikirlərinə də yer verilib: “Təşkilati nöqteyi-nəzərdən biz hər şeyə hazırıq. Biz bütün görüş yerlərini, idman zallarını yoxlamışıq. Bizim əhvali-ruhiyyəmiz çox yüksəkdir. Həyacanla ilk Avropa Oyunlarının açılış mərasimini gözləyirik".
banner

Oxşar Xəbərlər