• cümə, 19 Aprel, 04:10
  • Baku Bakı 18°C

Azərbaycanlı futbolçu “Spartak”a qayıdır? - 10 günə bilinəcək

02.06.17 15:15 1281
Azərbaycanlı futbolçu “Spartak”a qayıdır? - 10 günə  bilinəcək
Rusiya Premyer Liqasında çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev "Spartak”a qayıtmaq perspektivi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Quliyev müqavilə ilə "Spartak”a məxsus olsa da, icarə əsasında "Anji”də çıxış edib. O, növbəti mövsüm karyerasını harda davam etdirəcəyi ilə bağlı məsələyə yaxın 10 gün ərzində aydınlıq gələcəyini deyib:
"Növbəti mövsüm "Spartak”a qayıdacağam? Hələ heç nə bilmirəm. Yaxın 10 gündə hər şey bəlli olacaq.
"Ya "Spartak”da oynayacağam, ya da "Anji”də qalacam. "Spartak”ın çempion olmasına çox sevindim. "Anji”nin də uğurlarına az sevinmirəm. İnanırdım ki, Premyer Liqada yerimizi qoruyacağıq”.
2016/2017 mövsümündə Ayaz Quliyev "Anji”də 12 oyun keçirib, 1 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər