• şənbə, 20 Aprel, 09:37
  • Baku Bakı 14°C

Azərbaycanlı futbolçu həyat yoldaşını döyüb

03.04.20 12:07 654
Azərbaycanlı futbolçu həyat yoldaşını döyüb
Kiyev "Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev həyat yoldaşı ilə yaşadığı konflikt barədə danışıb.
Kaspi.az xəbər verir ki, Əliyev sabiq həyat yoldaşına əl qaldırdığını etiraf edib. Ancaq o, konfliktin ilk təşəbbüskarı olmadığını bildirib:
"Sabiq həyat yoldaşıma əl qaldırmışam. Bəli, belə hal olub. Evdəki münaqişədən sonra olub.
Amma dava-dalaşın ilk təşəbbüskarı mən olmamışam. Mənə görə hər şeyi müzakirə nəticəsində həll etmək daha yaxşıdır. Amma evə gəlirsən, o isə üzərinə hücum edərək sənin sifətini cırmaqlayır. Səhəri gün isə mən belə vəziyyətdə məşqə gedirəm. İndi təsəvvür edirsiniz komanda yoldaşlarım mənim sifətimə baxıb nə düşünürdülər?
Özü də o, yaxşı bilirdi ki, mən səhər hara gedəcəyəm. Heç vaxt konfliktin təşəbbüskarı olmamışam. O isə hər dəfə bunu təkrarlayırdı. Mən heç vaxt birinci başlamamışam. Bəli, belə hal olub, gizlətmirəm, amma onu da etiraf edirəm ki, bu, düzgün deyil”.
banner

Oxşar Xəbərlər