• çərşənbə axşamı, 19 mart, 09:21
  • Baku Bakı 8°C

Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb

23.05.17 15:40 1972
Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb
Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.
Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu "Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.
Klinikanın sahiblərindən olan F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
Bu gün F. Ceyranlının məhkəməsi keçiriləcək. Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.
F. Ceyranlının rəhbərlik etdiyi "Lanset” klinikasındanAPA-ya məsələ ilə bağlı hər hansı məlumat verilməyib, günün sonunda açıqlama olacağı bildirilib.
banner

Oxşar Xəbərlər