• çərşənbə axşamı, 16 aprel, 23:01
  • Baku Bakı 18°C

Azərbaycanlı ana körpəsini vedrədə boğdu

19.09.13 14:38 1829
Azərbaycanlı ana körpəsini vedrədə boğdu
Rusiyada azərbaycanlı qadın yeni doğulan körpəsini vedrədə boğub
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sterlimatak şəhərində Azərbaycan vətəndaşı olan qadın öz yeni doğulmuş körpəsini su ilə dolu vedrədə boğub.
APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 43 yaşlı qadın sentyabrın 11-i gecəsi iş yerində olarkən doğuş başlayıb. O, həkimə müraciət etmədən çalışdığı ticarət köşkündə uşağı özü doğub. Daha sonra bir vedrə su götürərək uşağı boğub və meyiti paketə qoyaraq dayanacaqdakı kolluğa atıb.
Ekspertiza körpənin doğularkən sağ-salamat olduğunu və öldürüldüyünü müəyyənləşdirib. Qadın yaxalanıb. İki övlad sahibi olan və üçüncü uşağını öldürən qadını 4 ilə qədər həbs gözləyir.
banner

Oxşar Xəbərlər