• cümə, 19 Aprel, 03:13
  • Baku Bakı 18°C

Azərbaycanla UNESCO iki saziş imzalayacaq

30.05.13 11:35 1574
Azərbaycanla UNESCO iki saziş imzalayacaq
APA-nın UNESCO-nun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, İrina Bokova səfər zamanı Mədəniyyətlərarası Dialoq üzrə II Ümumdünya Forumunda iştirak edib. UNESCO-nun baş direktoru Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək.
Görüşlər zamanı təhsil, elm, mədəniyyət və kommunikasiyalar sahəsində əməkdaşlıq sazişi imzalanacaq. Bundan başqa Qeyri-Maddi Mədəni İrsin Mühafisəzinə dair Hökumətlərarası Komitənin 8-ci sessiyasının keçirilməsi barədə ev sahibi olan ölkə ilə saziş imzalanması nzərdə tutulur.
Xatırladaq ki, bu komitənin 8-ci sessiyası dekabrda Bakıda keçiriləcək.
banner

Oxşar Xəbərlər