• cümə, 26 Aprel, 03:54
  • Baku Bakı 16°C

“Azərbaycanla Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”

27.04.15 07:15 2725
“Azərbaycanla Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”
Şeyxülislam: “Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər: “Qondarma bir “soyqırım”ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.
banner

Oxşar Xəbərlər