AZE | RUS | ENG |


Azərbaycanla Türkiyə ticarətin milli valyutalarla aparılmasının detallarını müzakirə edir

Azərbaycanla Türkiyə ticarətin milli valyutalarla aparılmasının detallarını müzakirə edir
"Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin yenidən artırılması zəruridir". APA-nın məlumatına görə, bunu İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.
 
Çıxışına azərbaycanca "hər şeyin təzəsi, dostun köhnəsi" sözləri ilə başlayan nazir dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Türkiyə iqtisadiyyatının 2009-cu ildən 2016-cı ilin III rübünə qədər sabit şəkildə inkişaf etdiyini bildirib. O, keçən ilin III rübündə baş verən iqtisadi azalmanın ümumilikdə dünyadakı qeyri-stabil vəziyyətdən irəli gəldiyini vurğulayıb.
 
2015-ci ildə Türkiyədə ixracın 141 milyard dollar, idxalın isə 198 milyard dollar təşkil etdiyini xatırladan F. Özlü 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəsinin azalaraq 2,4 milyard dollara düşdüyünü qeyd edib. Nazir bu istiqamətdə müxtəlif səpkili müzakirələrin aparıldığını qeyd edib. Bunlardan biri də ticarət dövriyyəsinin milli valyutalarda aparılmasıdır: "2016-cı ildə Türkiyənin xarici ticarət dövriyyəsinin 6,5%-nin türk lirəsi ilə həyata keçirilib. Bu rəqəmi daha da artırmaq istəyirik".
 
Nazir milli valyutalarla ticarətin aparılacağı təqdirdə iş adamlarının məzənnə fərqlərindən zərər görməməsi üçün lazımi qərarların qəbul ediləcəyini bildirib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025