• cümə axşamı, 18 aprel, 10:07
  • Baku Bakı 12°C

Azərbaycanla Rusiya arasında yeni Bakı-Novorossiysk sazişi hazırlanır

21.05.13 12:05 1413
Azərbaycanla Rusiya arasında yeni Bakı-Novorossiysk sazişi hazırlanır
Rusiyanın Qəbələ radiolokasiya stansiyasının istismarını dayandırması və Bakı-Novorossiysk kəməri ilə nəqlə dair sazişə xitam verilməsi Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyib və bu münasibətləri pisləşdirməyib. APA-nın Moskva bürosunun məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin bununla bağlı sualını belə cavablandırıb.
“Mən belə dəyərləndirmələrlə razı deyiləm. Qəbələ RLS-lə bağlı situasiya çoxdan məlumdur – qiymət barədə razılığa gələ bilmədik. Qalan iddialar isə spekulyasiyadır, biz spekulyasiya ilə məşğul olmuruq”.
Lavrov bildirib ki, Rusiyanın Bakı-Novorossiysk kəməri üzrə sazişi birtərəfli qüvvədən salması sırf iqtisadi səbəblərlə bağlıdır: “Hazırda iki ölkənin energetika strukturları yeni dövlətlərarası saziş hazırlayırlar, bu sazişdə yeni iqtisadi reallıqlar öz əksini tapacaq”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu məsələləri siyasiləşdirməməyə çağırıb: “Kommersiya baxımından əsaslandırılsa, biz yeni saziş imzalaya bilərik. Biz münasibətlərimizi dostluq və dinc qonşuluq prinsipləri əsasında həll edirik”.
banner

Oxşar Xəbərlər