• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb

17.07.17 14:32 1384
Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

APA-nın məlumatına görə, prezidentİlham Əliyevvə prezident Raymonds Veyonis "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

"Azərbaycan Respublikasının Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyiilə Latviya RespublikasınınNəqliyyat Nazirliyiarasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziriHüseynqulu Bağırovvə Latviyanın nəqliyyat naziri Uldis Auqulis imzalayıblar.

"Azərbaycan RespublikasınınFövqəladə Hallar Nazirliyiilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziriHüseynqulu Bağırovvə Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın təhsil naziriMikayıl Cabbarovvə Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.
banner

Oxşar Xəbərlər