• cümə axşamı, 28 mart, 22:44
  • Baku Bakı 13°C

Azərbaycanla Ermənistanın barışması regionun potensialını üzə çıxarmağa şərait yaradar - Səfir

22.02.21 18:00 475
Azərbaycanla Ermənistanın barışması regionun potensialını üzə çıxarmağa şərait yaradar - Səfir
"Bütün dünyanın Azərbaycan hesab etdiyi torpaqların 30 il ərzində Ermənistan tərəfindən işğal olunması bir milyon məcburi köçkünə böyük əzab-əziyyət gətirərək həmin bölgədə irimiqyaslı dağıntılara da səbəb olub”.
Kaspi.az xəbər verir ki, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiriElin Süleymanovun "News Week”ə müsahibəsində yer alır.
Səfirin fikrincə, erməni xalqının bu işğalın mənəvi və iqtisadi yükündən canını qurtarmaq, uzunmüddətli münaqişənin fəsadlarından azad olaraq Azərbaycanla dinc qonşuluğa başlamaq imkanları var.
"Ötən illərdə ilk dəfə olaraq Azərbaycan və Ermənistanın yüksək rütbəli rəsmiləri nəqliyyat və yol əlaqələrini qurmaq, regional əməkdaşlığın başqa imkanları barədə müzakirələr aparırlar. ABŞ şirkətləri də "ağıllı”, "yaşıl” şəhərlər və icmalar yaratmaq istiqamətində səylərini birləşdirib Qarabağın bərpasında iştirak edə bilərlər. Bnun üçün başlıca mövcud maneə erməni qüvvələrinin qoyub getdiyi, hələ də azərbaycanlı dinc sakinlərini və hərbçilərini öldürməyə davam edən saysız-hesabsız yerüstü minalardır. ABŞ da həm erməni, həm də Azərbaycan xalqının xeyrinə olan minalardan təmizləmə işlərinə dəstək verməkdə mühüm rol oynaya bilər.
İndi Amerika Cənubi Qafqaza dair vahid yanaşma tətbiq etməlidir. Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülh regionun potensialını bütövlükdə üzə çıxmasına, Ermənistanın isə qonşuları ilə inteqrasiyasına şərait yaradar. Bu fürsət əldən verilməməlidir”, - diplomat vurğulayıb.
banner

Oxşar Xəbərlər