• cümə axşamı, 25 aprel, 15:10
  • Baku Bakı 23°C

“Azərbaycanla əlaqələr bizim üçün prioritetdir”

01.09.20 14:38 748
“Azərbaycanla əlaqələr bizim üçün prioritetdir”
"Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsi Pakistan hökumətinin əsas prioritetlərindən biridir”.
"Report” DND-yə istinadən xəbər verir ki, bunu Pakistan PrezidentiArif Alvibu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiriBilal Hayiilə görüşündə deyib.
"Pakistan turizm, ticarət, müdafiə və energetika sahələrində Azərbaycanla əlaqələri gücləndirməyə çalışır”, - o bildirib.
Dövlət başçısı səfirə ikitərəfli ticarət həcminin artırılması istiqamətində işlər görməyi tapşırıb.
Onun sözlərinə görə, Pakistan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir və bu münasibətləri möhkəmləndirmək istəyir.
Prezident koronavirus pandemiyası zamanı Pakistanı dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Daha əvvəlPakistanın yeni səfirinin sentyabrda Bakıya gələcəyinixəbər vermişdik.
banner

Oxşar Xəbərlər