• çərşənbə axşamı, 23 aprel, 16:30
  • Baku Bakı 24°C

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi

29.03.21 19:00 930
Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi
"Möhtərəm Prezidentimiz İlham Əliyevin qlobal çağırışlara, eyni zamanda milli maraqlarımıza tam cavab verən uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın ən nufuzlu ölkələrindən biridir. Bugünlərdə BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq aləmdəki nufuzu və Ona olan inamı ilə bağlıdır”.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Məlahət İbrahimqızı bildirib ki, dünya ölkələri arasında, eləcə də beynəlxalq təşkilatlarda etimad qazanmaq elə də asan deyil. Ümumiyyətlə, Azərbaycan gənc müstəqil dövlər arasında yer alsa da, ötən dövr ərzində əldə edilən nailiyyətlər bir əsrə sığmayan uğurlardır. 2013-cü ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına keçici üzv seçilərkən ölkəmiz, xüsusilə də dövlətimizin başçısı haqqında dünya mətbuatında deyilən müsbət fikirlər hər birimizi qürurlandırırdı. Bir sıra hətta böyük ölkələr, hətta onillər boyu müstəqillik tarixi olan ölkələr TŞ-nın keçici üzvlüyünü qazana bilmirdi.
Millət vəkilinin sözlərinə görə, ölkəmiz həm də beynəlxalq əməkdaşlıqda çox etibarlı tərəfdaş sayılır: "Hansı beynəlxalq təşkilatda təmsil olunursa və ya çoxtərəfli və ikitərəfli əməkdaşlıqda dövlətimizə, onun rəhbərinə güvənilir və etimad göstərilir. Möhtərəm Prezidentimizin "...bizim sözümüz imzamız qədər keçərlidir, etibarlıdır, güvəniləndir...” fikirləri müdrik və uzaqgörən siyasətin təməl prinsiplərindəndir. Bu mənada bugünlərdə martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana dünyada böyük etimadın və hörmətin növbəti təzahürüdür. Daha dəqiq desək, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər bir növ dövlətçilik ənənəsinə çevrilib. BMT-də qəbul edilmiş bu qətnamə əslində Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb. Prezidentimizin pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi qısa bir müddətdə bu təşkilat COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzi kimi təqdim edib. Məhz dövlətimizin başçısının təşəbbüsünə uyğun olaraq, BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda komunike qəbul edilmişdi. BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi, mövcud ədalətsizliyə və ayrı-seçkiliyə son qoyulmasında, pandemiyanın aradan qaldırılmasında, xüsusən də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində təsbit olunmuş məqsəd və hədəflərə doğru qarşıya çıxan əsas əngəllərə diqqəti çəkir. Möhtərəm Prezidentimiz çıxışlarında pandemiyanın aradan qaldırılmasında beynəlxalq aləmdə həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini və önəmini vurğulamışdı”.
Deputat qeyd edib ki, qətnamənin qəbul ediməsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyası xüsusi əhəmiyyətə malikdir: "Qətnamə üzv dövlətləri və bütövlükdə bütün mütərəqqi bəşəriyyəti COVID-19 əleyhinə peyvəndlərin dünya dövlətləri arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağıraraq, peyvəndlərin ədalətli bölgüsü məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə dəstək verməyə çağırır. Bu sənədin qəbul edilməsinə Ermənistan əngəl olmağa çalışıb. Amma yenə də, onun cəhdləri iflasa uğrayıb. Bütün bunlar onu göstərir ki, ermənilər Azərbaycanın beynəlxalq uğurlarına çox qısqanclıqla yanaşırlar”.
banner

Oxşar Xəbərlər