• şənbə, 20 Aprel, 16:35
  • Baku Bakı 23°C

“Azərbaycanın xüsusi təyinatlı dəstələrində yaxşı kadrlar var” -Polkovnik

30.04.16 17:18 1304
“Azərbaycanın xüsusi təyinatlı dəstələrində yaxşı kadrlar var” -Polkovnik
Azərbaycanın xüsusi təyinatlı dəstələrində və hərbi kəşfiyyatında yaxşı hazırlanmış kadrlar var. Qarabağda son döyüşlərdə AzərbaycanSilahlı Qüvvələrinin müvəffəqiyyət qazanmasında həmin bölmələrin böyük payı var.
AzərTAC xəbər verir ki, bu sözləri istefada olan polkovnik Sergey Manakov söyləyib. O deyib: "Azərbaycanaprelin əvvəlində gedən döyüşlərdə bir daha bütün dünyaya sübut etdi ki, bu torpaqlar "DQR” adlı hansısa müəmmalı qurumun deyil, Azərbaycanın tərkibində olmalıdır”.

S.Manakov Naxçıvanda xidmət edib. Sovet İttifaqı dağılandan sonra Bakıya gəlib. Qarabağ müharibəsində əfsanəvi 701-ci motoatıcı briqadanın tərkibində Kəlbəcər uğrunda döyüşlərdə iştirak edib. Kəşfiyyat üzrə mütəxəssis kimi,Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin vəAzərbaycanın xüsusi təyinatlı hissələrinin təşkilində iştirak edib. S.Manakov vurğulayıb: "Ailə vəziyyətim imkan versəydi, yəqin ki,Azərbaycanda qalardım”.
banner

Oxşar Xəbərlər