• cümə axşamı, 25 aprel, 17:42
  • Baku Bakı 23°C

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına məktub göndərib

14.01.17 14:44 900
Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına məktub göndərib
Xarici işlər naziriElmar MəmmədyarovAzərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluna təbrik məktubu ünvanlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə,Elmar Məmmədyarovməktubda həmkarı Mövlud Çavuşoğlunu Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.

Məktubda Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.

Elmar Məmmədyarovbu gün də Azərbaycan prezidentiİlham Əliyevvə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğantərəfindən uğurla inkişaf etdirilən dövlətlərimiz arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.

Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.
banner

Oxşar Xəbərlər