• cümə, 26 Aprel, 03:41
  • Baku Bakı 16°C

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində seçki məntəqələrinin yaradılması prosesi başa çatır

26.08.16 21:53 1351
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində seçki məntəqələrinin yaradılması prosesi başa çatır
Bu gün Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması prosesi başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələri yaradılmalıdır.

Referendumla əlaqədar bu müddət avqustun 27-dək olan dövrü əhatə edir.
banner

Oxşar Xəbərlər