• cümə axşamı, 28 mart, 23:34
  • Baku Bakı 13°C

Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb

11.10.17 14:40 1736
Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu tərəfindən statistik məlumatlar əsasında Azərbaycanın demoqrafik (uzunömürlülük) xəritəsi hazırlanıb.
İnstitutun direktoru Ulduz HəşimovaAPA-ya açıqlamasında bildirib ki, bu yaxınlarda yeni xəritə ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı Azərbaycanın müəyyən bölgələrində uzunömürlülük populyasiyasının, fenomeninin doğrudan da mövcud olmasına dair maraqlı faktlar aşkarlanıb. U.Həşimova qeyd edib ki, ölkədə uzunömürlülərlə bağlı belə tədqiqatlar ilk dəfə 1979-cu ildə aparılıb, ondan sonra belə tədqiqat olmayıb: "Keçmiş SSRİ Elmlər Akademiyası tərəfindən uzunömürlü insanların yaşadığı regionlar öyrənilmişdi. Bizim bu gün apardığımız tədqiqatlar əvvəllər alınan nəticələri bir daha təsdiqləyir. Yəni, müəyyən regionlarda uzunömürlülük fenomeni tarixən müşahidə olunur”.
U.Həşimova vurğulayıb ki, Azərbaycanın bəzi rayonlarında başqa regionlara nisbətən əhalinin orta ömür müddəti daha yüksəkdir. Onun sözlərinə görə, belə regionlar arasında xüsusilə dağlıq zonalar üstünlük təşkil edir: "Uzunömürlüyün ən yüksək göstəriciləri Dağlıq Qarabağın ən yüksək dağlıq ərazisi olanŞuşa,Xocavənd, aran zonalarındanAğdamrayonunda müşahidə olunub. Həmin regionlardan olan insanlar müharibə stressini yaşasalar da, onların təbii potensialları bu gün məskunlaşdıqları ərazilərdə uzunömürlü həyat sürmələrinə şərait yaradır. Uzunömürlülüklə bağlı nisbətən aşağı göstəricilər cənubzonası, Azərbaycanın şimal-qərb bölgəsi, İsmayıllı rayonu ərazisi ilə bağlı qeydə alınıb. Sadalanan bölgələrdə insanlar kütləvi şəkildə90 və ondan yuxarı yaşlaraçatırlar. Belə insanlar aktiv həyat sürür, düzgün qidalanır və genetik potensial onların bu yaşa rahat çatmasına imkan yaradır”.
İnstitut direktoru əlavə edib ki, uzunömürlülüklə bağlı ən aşağı göstəricilər Abşeron ərazisində qeydə alınıb. U.Həşimovanın sözlərinə görə, bunun səbəbləri arasındaətraf mühitin çirklənməsi, qida rejimi, stress vəziyyətləri və digər amillər var.
banner

Oxşar Xəbərlər