• şənbə, 20 Aprel, 19:24
  • Baku Bakı 24°C

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi yanvarda 16% artıb

22.02.21 15:30 493
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi yanvarda 16% artıb
Bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 261,172 mln. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 16,4% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 146,820 mln. dollar təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 19,6% çoxdur. İdxalın həcmi isə 114,352 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu il
ilə müqayisədə 12,5% artıb.
Nəticədə, 2021-ci ilin yanvar ayında 32,468 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 54,2% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

banner

Oxşar Xəbərlər