• çərşənbə axşamı, 19 mart, 13:46
  • Baku Bakı 8°C

Azərbaycanın turizm şirkətləri beynəlxalq sammitdə iştirak edəcəklər

29.06.17 09:10 1719
Azərbaycanın turizm şirkətləri beynəlxalq sammitdə iştirak edəcəklər
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin Plovdiv vilayətinə səfər edib.
"Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində səfir N.Qurbanova vilayət qubernatoru Zdravko Dimitrovla görüşüb.
Bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini deyən diplomat bildirib ki, hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Görüşdə Bolqarıstan tərəfinin Azərbaycandan əlavə qaz tədarüki, enerji, əczaçılıq, turizm və digər sahələr əməkdaşlıq barədə müzakirələr aparılıb. Həmçinin 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə iki ölkə arasında birgə mədəni sahədə əməkdaşlıq və mübadilə, Azərbaycan turizm şirkətlərinin bu ilin oktyabrında Plovdivdə təşkil olunacaq IX Turizm üzrə Beynəlxalq Sammitdə iştirakı məsələlərinə toxunulub.
Bununla yanaşı, Plovdiv və Bakının qardaş şəhər olması imkanının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Sonda Plovdiv vilayət qubernatoru Z. Dimitrov birgə əməkdaşlıq üzrə irəli sürülən bütün təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb.
banner

Oxşar Xəbərlər