AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlandı

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlandı

İqtisadiyyat
14 Mart 2013, 14:03 1576
“Hazırda ölkənin strateji valyuta ehtiyatları 46 milyard dollar təşkil edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir”.

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rumıniya biznes forumunda çıxışı zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev söyləyib.

Şahin Mustafayev deyib ki, müstəqillik dövründə ölkə iqtisadiyyatına 144 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür. Xarici investisiyaların təxminən 50%-i qeyri-neft sektoruna yönəldilib. Birbaşa xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa məkanında qabaqcıl yerdədir.