• cümə axşamı, 18 aprel, 16:35
  • Baku Bakı 22°C

Azərbaycanın real mənzərəsi

17.10.19 12:06 414
Azərbaycanın real mənzərəsi
Son dövrlər hamını ciddi şəkildə o məsələ düşündürürdü və belə bir fikir hakim idi ki, cari il əvvəlki ildən əsaslı şəkildə fərqlənib, ağır bir il kimi start götürəcək. Çünki neft dünya bazarında özünün əski qiymətini qayıda bilmir, xarici ölkələrdə bundan irəli gələn problemlər diqqət mərkəzində saxlanmaqda davam edirdi.
Fəqət artıq 9 ayını arxada qoyduğumuz bu il Azərbaycanda heç bir geriləmə olmadı, əksinə ölkə bütün sahələrdə nəzərəçarpaçaq irəliləmə əldə edilib. Hakimiyyət isə yaxın gələcək üçün də daha da inkişaf, güclü sosial rifah, şəffaflıq və yeni islahatlar vəd edir.
Prezident İlham Əliyevin keçirdiyi sonunci iqtisadi müşavirədə nitqinin ən vacib məqamlarına diqqət etdikdə, onun gələcək üçün bütün istiqamətlər üzrə söylədikləri etibarlı vəd hesab oluna bilər. Dövlət başcısı öz çıxışında yaxın gələcək üçün gercəklərin proqnozunu verməsinə cəmiyyəti inandıra bildi. Çünki Azərbaycan bundan əvvəl də məhz İlham Əliyevin rəhbərliyi ilə dünyada baş verən iqtisadi böhranlardan özünü sığortalaya bilmişdi.
Prezidentin etibarlı vədinə istinad etsək, Azərbaycanın uzunmüddətli iqtisadi proqramlarla bağlı iqtisadi siyasətində fasilə baş verməyəcək; önəmli layihələr digər layihələrdən önə çəkiləcək, sosial rifah gücləndiriləcək, məşğulluq genişləndiriləcək, şəffalıq artırılacaq, islahatlar davam etdiriləcək.
Bütün bunlara güvənin və inamın mənbəyi Azərbaycanın son illərdə həyata kecirdiyi iqtisadi islahatlar, başlıcası, neft strategiyasından uğurlu faydalanmaq, neft gəlirlərinə israfcı, dağıdıcımünasibət yox, əslində səmərəli, gələcəyi, ekstremal şəraitlərin mümkünlüyünü nəzərə alaraq münasibət göstərilməsidir. Artıq isbat olunub ki, Azərbaycan öz resursları, iqtisadi rezervləri bahasına iqtisadi inkişafa nail ola bilir.
Beləliklə, yaxın gələcək üçün Azərbaycana mənfi xarakterdə heç bir vəd gözlənilmir. Prezident öz ölkəsinin vətəndaşlarına etibarlı vəd verə bildi ki, düzgün iqtisadi siyasəti hesabına əhalinin sosil rifahı daha da yaxşılaşacaq, islahatlar dönməz xarakter alacaq.
Cari ilin 9 ayının əsas göstəriciləri Prezidentin ötən il seçkilərindən sonra verdiyi vədlərinin nə dərəcədə həyata keçməsinə və yaxın gələcək üçün Azərbaycanı nələrin gözləyəcəyinə tam aydınlıq gətirir:
-doqquz ayda iqtisadi artım təmin olunub, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur;
-qeyri-neft sənayemiz 15 faizdən çox artıb və bu, dünya miqyasında rekord göstərici hesab oluna bilər;
-9 ayda kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım qeydə alınıb;
-xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə dünya miqyasında doqquzuncu yerdəyik;
-inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur;
-bu il çox ciddi və böyük sosial paket reallaşıb - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər artırılıb;
-minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdə, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir;
-gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər;
-bu il 10 mindən çox insan özünüməşğulluq proqramı ilə əhatə olunacaq;
-Azərbaycan "Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə və 20 ən islahatçı ölkə sırasında yer alıb;
-Hesabata əsasən, Azərbaycan 141 ölkə arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci, hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə dünya miqyasında 10-cu, rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə 5-ci, nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci (MDB məkanında birinci), dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə 2-ci, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu,biznesi başlamaq baxımından 8-ci yerdədir.
Bu, Azərbaycanın real mənzərəsidir. Sevindirici hal oldur ki, Prezident əldə olunan nailiyyətlərin yetərli olmadığını bildirib və daha da inkişaf etmək üçün islahatların dərinləşdiriləcəyini vurğulayıb."Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”-, deyə İlham Əliyev bəyan edib.
Prezident İlham Əliyevin özünün də bəyan etdiyi kimi, hakimiyyətinin həyata keçirdiyi siyasətə ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir.
Reallıq odur ki, əsas amalı quruculuq, rifah, abadlıq, inkişaf olan İlham Əliyevin alternativsizliyini xalq birmәnalı başa düşür vәbu siyasətin davamlı olmasını dəstəkləyir.
Elman BABAYEV
banner

Oxşar Xəbərlər