• şənbə, 20 Aprel, 05:29
  • Baku Bakı 15°C

Azərbaycanın qızıl ehtiyatı 1,9 tona çatır

29.07.17 12:00 1250
Azərbaycanın qızıl ehtiyatı 1,9 tona çatır
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycanın mənfəət payı olan – 11 655,2 troy unsiya (362,6 kq) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.
Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycanın mənfəət payı olan – 49 158,6 troy unsiya (1 529,1 kq) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.
Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 60 813,8 troy unsiyaya (1 891,7 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 mln. dollar təşkil edir.
banner

Oxşar Xəbərlər