• çərşənbə axşamı, 16 aprel, 23:23
  • Baku Bakı 18°C

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

04.05.17 09:40 1121
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə 65 və 97 kq sərbəst, 53 və 60 kq çəkidə isə qadın güləşçilər mübarizə aparıb.
Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
60 kq çəkidə qadın güləşçilərin yarışında mübarizə aparan Tatyana Omelçenko Polşa və Belarusdan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Yarımfinalda Latviya idmançısına uduzan təmsilçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Ukrayna idmançısına qalib gələn Tatyana Omelçenko çempionatın bürünc medalını qazanıb.
65 kq çəkidə mübarizə aparan Gitinomaqomed Hacıyev ilk görüşdə Polşadan olan rəqibini üstələsə də növbəti görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan təmsilçimiz Slovakiyadan olan rəqibinə qalib gəlib. Bürünc medal uğrunda görüşə haqq qazanan G.Hacıyevin rəqibi Gürcüstan idmançısı olub. Görüşü uduzan təmsilçimiz çempionatı 5-ci sırada tamamlayıb.
banner

Oxşar Xəbərlər