• cümə, 29 Mart, 12:51
  • Baku Bakı 14°C

Azərbaycanın polo komandası Dünya Kubokunun qalibi olub

11.09.17 12:50 1214
Azərbaycanın polo komandası Dünya Kubokunun qalibi olub
Azərbaycanın "Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə Dünya Kuboku yarışının qalibi olub.
Trend-in məlumatına görə, komandamız həlledici qarşılaşmada İsveçrənin "Evviva Polo Klub St.Moritz" klubunu 11,5:5 xal hesabı ilə məğlub edib.
Turnirdə üçüncü yeri ABŞ-ın "Qrand Çampions Polo Klub” komandası tutub.
Azərbaycan təmsilçisinin kapitanı Elçin Camallı turnirin ən yaxşı oyunçusu seçilib.
Yarışlar Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilib.
banner

Oxşar Xəbərlər