• çərşənbə, 24 Aprel, 03:26
  • Baku Bakı 14°C

"Azərbaycanın mövqeyinin yekun bəyannamədə əksini tapmasına çalışırıq"

17.11.17 15:00 2580
"Azərbaycanın mövqeyinin yekun bəyannamədə əksini tapmasına çalışırıq"
"Bir neçə həftədir Brüsseldə keçiriləcəkAvropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsi üzərində danışıqlarAPArılır".

BunuAPA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, zirvə toplantısına hələ bir həftə qalıb və bəyannamə ilə bağlı danışıqlar davam edir: "Bəyannamənin ilkin versiyası ilə çoxdan tanışıq. İşlər gedir. Görüşlər keçirilir. Azərbaycanın mövqeyinin öz əksini tapması üçün çalışırıq”.

Nazir müavini qeyd edib ki, aviasiya sazişi üzərində də işlər davam etdirilir: "Bir-iki məsələ həll olunsa, sazişi sammitdə imzalamaq olmasa da, paraflamaq olar. Bu, Azərbaycan üçün maraqlı sazişdir. Sazişdə insanlar arasında ünsiyyət, gediş-gəliş və sair məsələlər olacaq. Bu, əlbəttə ki, yaxşı saziş olmalıdır”.
banner

Oxşar Xəbərlər