• cümə axşamı, 25 aprel, 11:30
  • Baku Bakı 14°C

Azərbaycanın MHŞT-də “namizəd ölkə” statusu saxlanılıb

26.10.16 13:01 835
Azərbaycanın MHŞT-də “namizəd ölkə” statusu saxlanılıb
Bu ilin 24-26 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Fonddan "APA-Economics”ə verilən məlumata görə, iclas çərçivəsində Azərbaycanın Qiymətləndirilməsinə və MHŞT-dəki statusuna dair müzakirə keçirilib. MHŞT üzrə İdarə Heyəti Azərbaycanda ikinci Qiymətləndirmə zamanı ümumilikdə nəzərəçarpan proqresin əldə edildiyini və bir neçə fərdi tələb üzrə mühüm irəliləyişlərin əldə olunduğunu nəzərə alaraq Azərbaycanın "namizəd ölkə” statusunda saxlanılmasına qərar verib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
banner

Oxşar Xəbərlər